Şirvanda birmərtəbəli ev yanıb
14.04.2020 17:06 Hadisə

Şirvanda birmərtəbəli ev yanıb

Şirvan şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "MediaPost"a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin tavanı və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm