Şirvanda sürücüləri bıçaqlayan qardaşlar saxlanılıb
02.02.2020 13:28 Hadisə

Şirvanda sürücüləri bıçaqlayan qardaşlar saxlanılıb

Şirvanda qardaşlar tərəfindən marşrut sürücüləri bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisəfevralın 1-də günün ikinci yarsında “Köhnə şəhər” massivi kimi tanınan ərazidə baş verib.

Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu mübahisə etdiyi marşrut sürücüsünü, Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlunu bıçaqlayıb.

Yaralı sifət, qulaq seyvanı, boyunun vəəsas damarın zədələnməsi diaqnozu iləŞirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Çoxlu qan itirən yaralı ilkin yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan paytaxtarespublika xəstəxanasına yola salınıb.

Hadisəni törətməkdə təqsirləndirilənŞ. Qasımov polis tərəfindən saxlanılıb. Hadisədən xəbər tutan sonuncunun qardaşı - 1989-cu il təvəllüdlü Qasımov Famil Aslan oğlu 2 saat sonra hadisənin baş verdiyi dayanacağa gedərək başqa bir sürücü ilə mübahisəyə girib. Nəticədə həmin xətdə işləyən sürücü - Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlunu bıçaqlayıb. Sonuncu Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyat olunub və reanimasiya şöbəsinə köçürülüb. Hadisəni törədən F.Qasımov da bir müddət sonra polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm