Siyəzəndə dağlıq ərazidə yanğın söndürülüb - <span>VİDEO</span>
31.07.2020 16:04 Gündəm Hadisə

Siyəzəndə dağlıq ərazidə yanğın söndürülüb - VİDEO

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Bu barədə “MediaPost”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Xəbərlər şöbəsi

Gündəm