“Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız!”
12.08.2020 10:15 Şou-biznes Mədəniyyət

“Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız!”

Şairə Nazilə Səfərli son günlər yayılan ayrılıq xəbərlərinə münasibət bildirib.

“MediaPost” xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Son günlər gündəmi zəbt edən boşanmalar bir vətəndaş, ana kimi məni narahat etməyə bilməz. Əziz gənc dostlarım, evlənmək çox asandır. Ev olmaq çətindir. Adam səbir, əzm, sədaqət, ən nəhayət, sevgi ilə ev olur. Nə ev alırsınız, nə qızıl, nə cehiz, nə pal-paltar... Bütün yükü valideynlərə yükləyirsiniz. Ürəyiniz istəyən insanla da evlənirsiniz. İndi heç kimi zorla evləndirmək olmur.

Evlənmək qonaq getmək deyil. Evlənmədən öncə yaxşıca düşünün. Sizin boşanmalarınızın bədəlini valideynlər ödəyir. Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız. Ağlınızı başınıza toplayın. Qoy, izdivacınız gec olsun, amma yarımçıq olmasın!”

Qeyd edək ki, bir neçə gün öncə blogerlər Aysel Şükürova və Aynişan Quliyevanın həyat yoldaşlarından ayrılması barədə xəbərlər yayılıb.

img

Pərviz Hüseyn / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm