Baydenin qeyri-rəsmi övladı ortaya çıxdı
12.11.2020 14:15 Dünya

Baydenin qeyri-rəsmi övladı ortaya çıxdı

ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərinin qalibi olan Co Bayden dünya mediasının gündəminə bomba kimi düşüb.

"MediaPost" "Daily Mail"ə istinadən xəbər verir ki, Baydenin oğlu Hanter Baydenin striptizçi Landen Robertsdən övladının olduğu ortaya çıxıb. 

Robertsin məhkəmə sənədlərinə görə, sağalmaqda olan narkotik maddə aludəçisi H.Bayden evlilikdən kənar dünyaya gələn qızı Nevi Yoanla heç tanış olmayıb və fotosunu belə görməyib. Hətta iddialara görə, o, qızı bir neçə uşaq fotosunun içindən seçə bilməyib.

Qeyd edilib ki, Robertslə qızının harada yaşadığı məlum deyil. 

Məlumat üçün bildirək ki, vəkil və investisiya məsləhətçisi olan Hanter Yoanın qızı olduğunu inkar etsə də, 2019-cu ilin noyabr ayında uşağın atası olduğunu təsdiqləyən DNT testi etdirmək məcburiyyətində qalmışdı.

Anara Mikail

Gündəm