Slovakiya Baş naziri Trampı qalib elan edib
04.11.2020 17:19 Dünya

Slovakiya Baş naziri Trampı qalib elan edib

ABŞ-da  7 kritik ştatda səslərin hesablanması davam edərkən Slovakiya Baş naziri Cens Cansa ABŞ prezident seçkilərinin nəticələrini elan edib.

"MediaPost" xəbər verir ki, sosial media hesabından paylaşım edən Cansa "Amerika xalqının Donald Tramp və Mayk Pensi daha dörd il müddətinə seçdiyi ortadadır", - deyə qeyd edib. 

O, seçkilərin qalibi olaraq elan etdiyi Donald Trampı təbrik edib. 

Anara Mikail

Gündəm