Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək
26.05.2023 22:37 Dünya

Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Slovakiya Milli Şurasının (parlamentinin) spikeri Boris Kollar iyunun 9-da respublikada növbədənkənar parlament seçkilərinin keçirilmə tarixini rəsmən açıqlayacaq.

MediaPost xəbər verir ki, bu barədə cümə günü TASR xəbər agentliyi məlumat yayıb.

Slovakiyanın parlament partiyalarının liderlərinin əvvəlcədən razılaşdırdıqları kimi, seçkilər sentyabrın 30-da keçiriləcək. Parlamentin spikeri, agentliyin məlumatına görə, bu sazişə yenidən baxmaq niyyətində deyil.

Xəbərlər departamenti

Gündəm