“SOCAR Polymer” ixracını 33% artırıb
03.11.2020 13:06 Energetika

“SOCAR Polymer” ixracını 33% artırıb

Bu ilin yanvar-sentyabr aylarında “SOCAR Polymer” MMC  84,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

“MediaPost” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın növbəti sayında bildirilib.

Bu ilin doqquz ayında şirkətin ixracının həcmi ötən ilin müvafiq dövründən 33% artıq olub.
“SOCAR Polymer” bu ilin doqquz ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda ikinci sırada  qərarlaşıb.

Xatırladaq ki, "SOCAR Polymer"ə Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.
 

Xəbərlər departamenti

Gündəm