“SOCAR Trading” neftin qiymətinin 80 dollara yüksələcəyini proqnozlaşdırır
Tələbatın bərpası və istehsalçıların artan tələbatı dərhal ödəyə bilməyəcəyi gözləntiləri 2021-ci ildə neftin bir barelinin qiymətini 80 ABŞ dollarına yüksəldə bilər.
“MediaPost” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət qolu - "SOCAR Trading"in ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə bildirib.
O qeyd edib ki, pandemiya səbəbindən yaranan izafi neft ehtiyatları bu ilin yay aylarında tamamilə bitəcək.
“Yay aylarında və ya cari ilin sonuna neftin 1 barelinin 80 dollar, yaxın 18-24 ay ərzində isə 100 dollardan çox olmasından təəccüblənmərəm”- o əlavə edib.
X. Əhmədzadə bildirib ki, SOCAR böhran zamanı saxladığı 15 mln barel həcmindəki nefti artıq satıb.