SOCAR Türkiyədə rəqəmsallaşmaya investisiyalarını genişləndirir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti rəqəmsal transformasiya sahəsinə qoyulan investisiyaların həcmini genişləndirir.
Mediapost xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin Baş direktorunun Rəqəmsəl Transformasiya üzrə müavini Hakan Irgıt bildirib.
Onun sözlərinə görə, "SOCAR Türkiyə" yeni və çox vacib əhəmiyyətli layihəyə imza ataraq, şirkətin yeni layihəsi Türkiyənin ən qabaqcıl mobil operatoru olan "Turkcell" şirkəti ilə birlikdə həyata keçiriləcək: "Bildiyiniz kimi, "SOCAR Türkiyə"nin Əliağa yarımadasındaki yatırımlarımız və sərmayə həcmi olduqca genişdir. Məhz bu mənada yeni layihəmizin məqsədi, burada xüsusi mobil operator infrastrukturu quraraq, bundan sonra reallaşdıracağımız rəqəmsal transformasiya çalışmalarımızı dəstəkləyən xüsusi mobil şəbəkə formalaşdırmaqdır".
Şirkət rəsmisi "Turkcell" ilə bərabər gerçəkləşdirilməsini nəzərdə tutan layihənin böyük ümid doğurduğunu vurğulayıb: "Hesab edirik ki, bu yeni layihə, müasir texnoloji çağırışlara uyğun rəqəmsal transformasiyanın əhatə dairəsini genişləndirəcək".