Somalidə hərbi bazaya hücum: Ölənlər və yaralananlar var
06.08.2020 07:58 Gündəm Dünya

Somalidə hərbi bazaya hücum: Ölənlər və yaralananlar var

Somalidə terror qruplaşması Əş-Şəbab hərbi bazaya hücum edib.

“MediaPost” xəbər verir ki, ölkənin Baidoa şəhərinin cənubunda yerləşən hərbi bazaya edilən hücum nəticəsində ən azı 6 ordu üzvü həyatını itirib, çox sayda əsgər yaralanıb.

Verilən məlumata görə, qruplaşma üzvləri bazadan xeyli hərbi təchizat və silah oğurlayaraq qaçıb. 

Anara Mikayılova
 

Xəbərlər şöbəsi

Gündəm