Sobanın üzərindəki qab partladı, ər-arvad xəsarət aldı

  • 23 may, 2020 00:20
Sobanın üzərindəki qab partladı, ər-arvad xəsarət aldı

Mingəçevirdə sobanın üzərində qaynayan qabın partlaması nəticəsində iki nəfər xəsarət alıb.

"MediaPost"nun xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində olan mənzillərin birində baş verib. Qaz sobasının üzərində qaynayan qabın partlaması nəticəsində 33 yaşlı ev sahibi Rahim İbrahimov və onun 31 yaşlı arvadı Fərqanə İbrahimova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.qafqazinfo