Sumqayıtda kran aşıb - FOTOLAR

  • 22 may, 2020 22:51
Sumqayıtda kran aşıb - FOTOLAR

Sumqayıt şəhərində qaldırıcı kran aşıb.

"MediaPost" xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin 42-ci məhəlləsində qeydə alınıb.

Ərazidə istismar müddəti bitmiş yataqxana binasının söküntüsü zamanı qaldırıcı kran aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.apa