Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib
03.12.2019 14:16 Rəsmi

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib

Mediapost.az xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir.

Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri deputat Zahid Orucdur.

Xəbərlər departamenti

Gündəm