Azərbaycanda fevraldan bəri bu qədər maska satılıb

  • 22 may, 2020 18:50
Azərbaycanda fevraldan bəri bu qədər maska satılıb

“Fevralın ortalarından indiyə qədər 24 milyon ədəd maska satışa çıxarılıb".

"MediaPost" Xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, satışa çıxarılan maskalardan 18 milyon ədədi satılıb: “Ölkədə hazırda gündəlik 250 min maska istehsal edilir. Ayın sonuna ölkəyə 10 milyon civarında maska idxal olanacaq”.