Bayram günlərində küçəyə çıxmaq qadağasının tətbiq olunması ilə bağlı açıqlama

  • 22 may, 2020 17:50
Bayram günlərində küçəyə çıxmaq qadağasının tətbiq olunması ilə bağlı açıqlama

Həftəsonları və bayram günlərində üçün qısamüddətli 2-4 günlük küçəyə çıxmaq qadağalarının tətbiqi ilə bağlı qaydalar hazırlanıb.

“MediaPost” Xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:

“Bu bayramda sözügedən qaydaların tətbiqi ilə bağlı müzkirələr aparılıb. Mövcud statistik göstəricilər, situasiya qısamüddətli bağlanma alqoritminə uyğun olmadığı üçün biz buna getmədik. Amma epidemioloji vəziyyət dəyişərsə və statistik göstərəcilər qısamüddətli qadağaların alqoritminə uyğun olarsa, bunların tətbiqi önümüzdəki həftədə yenidən müzakirə oluna bilər. Qadağaların hazırda tətbiq olunmaması, o demək deyil ki, növbəti həftəsonları və bayramlarda da bu, tətbiq olunmayacaq”.