Beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır - QƏRARGAH

  • 22 may, 2020 18:04
Beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır - QƏRARGAH

Bütövlükdə sərhədlərin açılması və beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır.

“MediaPost” xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı məlumat verib.

“Başqa ölkələrədə olan vətəndaşlar həyəcan keçirməsinlər, tələsməsinlər və sərhədlərə toplaşmasınlıar. Bu onların da səhhəti üçün təhdid yaradır. Xüsusi proqramda hansı ölkələrlə nə zaman hansı qrafiklə və s. məqamlar öz əksini tapacaq. Təbii ki, ilk uçuş ölkə daxilində başlanacaq və Naxçıvana olacaq. Yaxın günlərdə bu proqram tam hazır olduğu zaman elan ediləcək. Bununla belə hazırlanma prosesinin iyunun 15-dək uzanacağı gözlənilir”, - Ramin Bayramlı bildirib.