Bu gün daha bir həkim koronavirusdan dünyasını dəyişib - TƏBİB

  • 22 may, 2020 17:21
Bu gün daha bir həkim koronavirusdan dünyasını dəyişib - TƏBİB

"Bu gün vəfat edənlərdən biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı olub".

"MediaPost" xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Həkimimiz 1962-ci il təvəllüdlü olub. Ona Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Qeyd edim ki, həkimimizdə virusla yanaşı, gedən digər xəstəliklər də olduğu üçün süni tənəffüs aparatında müalicəsi davam edib. Təəsüflər olsun ki, ağciyər toxumasındakı ciddi destruktiv dəyişikliklərlə əlaqədar olaraq həyatının xilas etmək mümkün olmayıb", - deyə R.Bayramlı bildirib.