Bütün ticarət və iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıb

  • 29 mart, 2020 00:30
Bütün ticarət və iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb.

"MediaPost" xəbər verir ki, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Belə ki, bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.

Qeyd edək ki, 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.