Vətəndaşlarımız ölkəyə ödəniş qarşılığında gətirilir? - AÇIQLAMA

  • 22 may, 2020 18:10
Vətəndaşlarımız ölkəyə ödəniş qarşılığında gətirilir? - AÇIQLAMA

"Bunu dövlət sonsuza qədər həyata keçirə bilməz".

"MediaPost” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bilirsiniz ki, karantin rejiminin tətbiq olunduğu ilk günlərdə yollarda qalmış vətəndaşların ölkəmizə təxliyəsi prosesi gedirdi. Bir müddət 10 mindən artıq müxtəlif ölkələrdə yaşayan həmvətənimiz ölkəyə gətirildi. Və bu da dövlət hesabına həyata keçirildi. Lakin bundan sonrakı mərhələdə vətəndaşlarımızın çarter reysi ilə ölkəmizə gətirilməsi, ödənişli həyata keçiriləcək. Buna büdcədə çatmaz. Bu mərhələdə artıq vətəndaşlar özləri də müraciət edir, bilet alırlar. Məsələn, bu gün saat 8-də bir təyyarə İstanbuldan Bakıya enəcək".