Eldar Əzizovun bu çıxışı tənqid olundu - Video

  • 19 may, 2020 10:37
Eldar Əzizovun bu çıxışı tənqid olundu - Video

Xəbər verdiyimiz kimi ötən gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqi keçirilib.

“MediaPost” xəbər verir ki, budəfəki brifinqdə Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədovla yanaşı, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də TƏBİB rəsmisi iştirak edib.

Brifinqdə ən yadda qalan və insanların qınağına tuş gələn isə Bakı meri Eldar Əzizovun çıxışı olub. Belə ki, Bakı Şəhər İcra hakimiyyəti başçısının daha çox rus sözlərindən istifadə etməsi, Azərbaycan dilində səlist danışmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb və gülüş hədəfi olub.

Bakı merinin çıxışı zamanı işlətdiyi “Maska içmək” ifadəsi isə cənab Əzizovun nitqinin kulminasiya nöqtəsinə çevrilib. Onun Azərbaycan dilində bu cür danışması ciddi ictimai qınağa səbəb olub.