Evi virusdan qorumaq üçün nə etmək lazımdır? - Qaydalar

  • 20 mart, 2020 12:35
Evi virusdan qorumaq üçün nə etmək lazımdır? - Qaydalar

Koronavirus səbəbilə məktəblər bağlandı, bir çox müəssisələr evdən iş rejiminə keçdi.

Nəqliyyatda, ictimai yerlərdə və iş yerlərində tədbirlər görülməkdə davam edir. Evdə qalan insanların da təmizliklə bağlı tədbirlər görməyi lazımdır.

Bəs evi virusdan qorumaq üçün nələr edilməlidir? Hansı təmizləyici vasitələr virusu öldürür?

"MediaPost" xəbər verir ki, türkiyəli mütəxəssis Buğra Buyruqçu evdə təmizlik işlərinin aparılması ilə bağlı məsləhətlər verib.

İlk olaraq çöldən evə girdiyimiz zaman ayaqqabılarımızı çıxarıb, paltarlarımızı dəyişməliyik. Eyni paltarı 3 dəfədən çox geyinmək olmaz. Dərhal onu qaynar suda yumalıyıq. Əgər pambıq materiallı paltardırsa, 90 dərəcədə yumaq lazımdır. Paltarlarınızı yuduqdan sonra mütləq ütüləyin və dərhal qatlayıb yerinə qoymayın, 10 dəqiqə havada qalmalıdır.

Evinizi corona virüsten arındırın! ile ilgili görsel sonucu

Digər diqqət etməli olduğumuz məqam evin havalandırılmasıdır. Gün ərzində otaqlar 4 dəfə, yarım saat müddətində havalandırılmalıdır. Daha sonra lavanda yağı ilə evin havasını dəyişmək olar. Bu yağ həm də bakteriyaları təmizləməkdə faydalıdır.


Bundan əlavə evləri tez-tez təmizləmək lazımdır. Toxunduğunuz səthləri təmizləmək üçün iyi az, spirti yüksək olan kolonyalardan istifadə etmək lazımdır.

Virüsleri öldüren bu karışımı her yere sıkın

Yatdığımız yataqda təhlükə mənbəyidir. Gecə tərlədiyimiz zaman bədənimizdəki bakteriyalar yastığımıza hopur. Buna görə də, ən az həftədə bir dəfə dəyişdirməkdə fayda var.

Evinizi corona virüsten arındırın! ile ilgili görsel sonucu

Evdə hər kəsin əlini quruladığı ayrıca dəsmal olmalıdır. Həmin dəsmallar da həftə ərzində bir dəfə dəyişdirilməlidir. Onları yuduğumuz zaman isə isti suda qaynatmalıyıq.