Gələn aydan sevindirici məlumat verəcəyik - TƏBİB sədri

  • 22 may, 2020 17:54
Gələn aydan sevindirici məlumat verəcəyik - TƏBİB sədri

"Restoranların tam fəaliyyəti ilə bağlı müzakirələr davam edir".

"MediaPost" xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"1 iyundan sonra bəzi qadağaların aradan qaldırılması məsələsi gündəmdədir. Ticarət mərkəzlərinin açılması, klasterlər üzrə gediş-gəliş, o cümlədən restoranların tam iş rejiminə keçməsi mümkündür. Əgər vətəndaşlarımız bayram günlərində qaydalara ciddi əməl etsələr, 1 iyundan biz növbəti dəyişikliklərlə bağlı sevindirici məlumatları ictimaiyyətə təqdim edə bilərik", - deyə R.Bayramlı bildirib.