İkinci dalğaya doğru gedirik - RƏSMİ

  • 9 may, 2020 17:19
İkinci dalğaya doğru gedirik - RƏSMİ

Ötən həftə ilə müqayisədə yoluxmaların sayında ciddi artım var.

"MediaPost" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:

"6-12 aprel həftəsində pik artım müşahidə olunur. Sərt karantin rejimindən tədricən çıxdıqca, ikinci dalğaya doğru artım müşahidə olunur. Biz bu ikinci dalğaya hazırıq, bunu gözləyirdik. Biz haqlı olaraq vətəndaşları məsuliyyətli olmağa dəvət edirik".