Nazirliyə qarşı iddia: 190 manat eyni ad və FİN kodu olan insanlara verilir

  • 14 may, 2020 22:32
Nazirliyə qarşı iddia: 190 manat eyni ad və FİN kodu olan insanlara verilir

Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycandan da yan keçməməsi hökuməti bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur etdi. Ölkədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq əksər dövlət və qeyri-dövlət müəassisələrinin, o cümlədən muzdlu işçilərin çalışdığı sahələrin fəaliyyətinin müvəqqəti dayandırılması əhalinin aztəminatlı hissəsinin ehtiyacınının ödənilməsi zərurətini ortaya çıxardı. Belə bir məqamda dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinə birdəfəlik ödənişlərin verilməsinə başlanıldı.

"MediaPost" xəbər verir ki, birdəfəlik ödəmələrin verilməyə başlandığı gündən keçən müddət ərzində bu ödəmələri həyata keçirən qurumdan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bəzi narazılıqlar müşahidə olunur. Belə ki, ehtiyacı olduğu təqdirdə birdəfəlik ödəmələri ala bilməyən bəzi vətəndaşların şikayətləri həm yerli media orqanlarında, həm də sosial şəbəkələrdə dərc edilir. Eyni zamanda sosial şəbəkələrdə tez-tez nazirliyin 190 manat birdəfəlik ödəmələri aidiyyatı üzrə əsl ehtiyacı olan vətəndaşlara təyin etmədiyi, yaxud gənc insanların əmək pensiyaçısı kimi qeydə alınaraq onlara ödənişdən imtina olunduğu haqda məlumatlar paylaşılır. Bütün bunlar isə insanların haqlı narazılığına səbəb olur.

Sosial şəbəkələrdə yayılan və nazirliyin bu istiqamətdəki yanlış fəaliyyətini sübuta yetirən daha bir fakt isə qurumun təyin etdiyi siyahıda eyni ad, soyad, ata adı və FİN nömrəli 26 vətəndaşın qeyd olunmasıdır. Bu insanlara müxtəlif tarixlərdə 190 manat birdəfəlik ödəmə təyin edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yəqin ki, məsələyə aydınlıq gətirmək məcburiyyətini özündə hiss edərək açıqlama verəcək. Eyni zamanda müşahidə olunan narazılıqların aradan qaldırılması və şəffaflığın maksimum təmin edilməsi istiqamətində lazımi tədbirlər görəcək. Nümunə üçün eyni ad, soyad, ata adı və FİN nömrə ilə birdəfəlik ödəmə alan şəxslərin bir neçəsinin siyahısını təqdim edirik:

99054 CƏFƏROV NAMİQ NATİQ OĞLU 6KH**** 11.04.2020

99055 CƏFƏROV NAMİQ NATİQ OĞLU 6KH**** 04.05.2020

146713 ƏLİYEV ELVİN ELXAN OĞLU 5PF**** 02.05.2020

146715 ƏLİYEV ELVİN ELXAN OĞLU 5PF**** 19.04.2020

149503 ƏLİYEV İBRAHİM AZƏR OĞLU 75G**** 24.04.2020

149504 ƏLİYEV İBRAHİM AZƏR OĞLU 75G**** 10.04.2020

151762 ƏLİYEV MURAD VAHİD OĞLU 71R**** 04.05.2020

151763 ƏLİYEV MURAD VAHİD OĞLU 71R**** 16.04.2020

244182 HÜSEYNOV ƏMRAH ZAKİR OĞLU 762*** 26.04.2020

244183 HÜSEYNOV ƏMRAH ZAKİR OĞLU 762**** 17.04.2020

415367 MƏMMƏDOVA XƏYALƏ ÇİNGİZ QIZI 699**** 17.04.2020

415368 MƏMMƏDOVA XƏYALƏ ÇİNGİZ QIZI 699**** 17.04.2020

529877 SƏFƏROV İLQAR VÜQAR OĞLU 757**** 20.04.2020

529878 SƏFƏROV İLQAR VÜQAR OĞLU 757**** 18.04.2020