Rayonlararası gediş-gəlişlə bağlı sevindirici açıqlama

  • 22 may, 2020 17:39
Rayonlararası gediş-gəlişlə bağlı sevindirici açıqlama

İyunun 1-dən sonra rayonlara gediş-gəliş məsələsinə baxılacaq.

“MediaPost” Xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, gediş-gəlişin şəxsi avtomobillərlə yoxsa ictimai nəqliyyatla olması müzakirə obyektidir.

TƏBİB rəsmisinin sözlərinə görə epidemioloji vəziyyətdən asılı olaraq qərar verilə bilər.