Ticarət mərkəzləri və "Mall"lar iyunda açılacaqmı? - RƏSMİ

  • 22 may, 2020 17:42
Ticarət mərkəzləri və

İyunun 1-dən sonra ticarət mərkəzlərinin açılması məsələsinə baxılacaq.

“MediaPost” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:

“Ticarət mərkəzlərinin və “Mall”ların açılması ilə bağlı məsələlər gündəmdədir. Əgər göstəricilər stabil olarsa, bu barədə qərar qəbul ediləcək”.