Toy məclislərinə icazəsi ilə bağlı TƏBİB-dən açıqlama: "İyun ayı..."

  • 22 may, 2020 17:35
Toy məclislərinə icazəsi ilə bağlı TƏBİB-dən açıqlama:

"Bilirsiniz ki, hazırda 10 nəfərin toplaşması qadağandır".

"MediaPost" xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Toy məclisləri və kütləvi tədbirlərə icazə ilə bağlı insanlar daha çox maraqlanır. Lakin bu istiqamətdə epidemioloji-statistik göstəricilərə əsasən belə qənaətə gəlmək olar ki, məclislərin keçirilməsi üçün iyun ayı məqbul deyil. Mövcud vəziyyət bizə imkan vermir. Ona görə də vətəndaşlara iyun ayı ərzində bu cür tədbirlərlə bağlı plan qurmağı tövsiyə etmirik", - deyə R.Bayramlı qedy edib.