Toylar sentyabradək qadağan olundu? - RƏSMİ AÇIQLAMA

  • 16 may, 2020 12:13
Toylar sentyabradək qadağan olundu? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi saytlarda toyların sentyabradək qadağan olunması ilə bağlı məlumat yayılıb.

Belə bir fikir ötən gün keçirilən brifinqdə TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlının çıxışına istinadən yaranıb.

Lakin R.Bayramlı çıxışı zamanı mayın 18-də bəzi sahələrdə yumşalmaların olacağını bildirsə də, toy məclisi kimi kütləvi tədbirlərin sentyabrdan tez olmayacağını əlavə edib.

Mövzu ilə əlaqədar TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "MediaPost"a açıqlama verib. O bildirib ki, çoxları tərəfindən Ramin Bayramlının fikri təhrif edilib:

"Mən hazırda toy məclislərinin nə vaxtdan etibarən keçiriləcəyini dəqiq deyə bilmərəm. Lakin bilirəm ki, dünən Ramin Bayramlının səsləndirdiyi fikirdən yanlış məna çıxarılıb. O, belə bir fikir səsləndirməyib".