Soyuq hava kütlələri ölkə ərazisinə daxil oldu: Qar və yağışlar başladı
07.02.2020 21:02 Cəmiyyət

Soyuq hava kütlələri ölkə ərazisinə daxil oldu: Qar və yağışlar başladı

"MediaPost" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib. Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.

Xəbərlər departamenti

Gündəm