"SpaceX"in "Starship" kosmik raketi uçuş sınağı keçirib
21.11.2023 15:39 Dünya

"SpaceX"in "Starship" kosmik raketi uçuş sınağı keçirib

"SpaceX"in "Starship" raketi bu həftə ikinci böyük uçuş sınağını keçirərək, partlamadan əvvəlki cəhdindən üç dəfə yüksək hündürlüyə qalxmağı bacarıb.

MediaPost xəbər verir ki, super ağır kosmik gəmi, Boca Chicada (Texas) yerləşən "Starbase"dən hərəkət edib. İki hissədən ibarət olan raketin Sakit Okeana enməzdən əvvəl Yer kürəsini orbitində hərəkət etməsi nəzərdə tutulmuşdu.

Onu da qeyd edək ki, "Starship" 397 fut hündürlükdə (gücləndiricisi ilə) və böyük 33 mühərriklə təchiz edilmiş, quraşdırılması tamamlanmamış kosmik raketdir. Yəni hələ nümayiş mərhələsindədir. "SpaceX" sahibi Elon Musk tərəfindən paylaşılan yeni şəkillər və görüntülər izləyicilərin diqqətinə səbəb olub. Musk "X"də buraxılışla bağlı davamlı yeniləmələri paylaşıb və "SpaceX" komandasını təbrik edib. Milyarder, "Kosmosun tədqiqinin gələcəyi parlaqdır" deyə qeyd edib.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Gündəm