Ssenari yazmaq bir həftəlik iş deyil - ŞƏRH
04.11.2023 15:35 Mədəniyyət

Ssenari yazmaq bir həftəlik iş deyil - ŞƏRH

Filmlərin görünən simaları aktyorlar olduğu üçün, daha çox onlar tanınır, sevilir və filmlər də onların sayəsində mənfi və ya müsbət qiymətləndirilir. Halbuki bir filmin ərsəyə gəlməsində onun ssenari müəllifinin zəhməti danılmazdır. Azərbaycanda barmaqla sayılacaq qədər ssenarist var ki, cəmiyyətdə tanınır. Əksəriyyəti kulis arxasında sakitcə işlərini öz görməklə məşğuldur.

Bəs xarici ölkələrdə film çəkə biləcək ssenaristlərimiz varmı?

Mövzu ilə əlaqədar ssenarist, rejissor Valeh Əhmədov MediaPost-a açıqlamasında qeyd edib ki, Türkiyədə ssenarist, aktyor kimi fəaliyyət göstərmək üçün dil baryeri var:

alt text

“Əlbəttə var və həmişə də olub. Amma ölkə xaricində film çəkmək üçün müəyyən çətinliklər, sərhədlər var. Əksəriyyət düşünür ki, kim istəsə xaricə, xüsusilə də Türkiyəyə gedə və orada uğur qazana bilər. Əslində, hər şey o qədər də sadə deyil. Türkiyədə ssenarist, aktyor kimi fəaliyyət göstərmək üçün dil baryeri var. Eləcə də başqa çətinliklər çoxdur. Azərbaycanda yaxşı ssenaristlər var, sadəcə işin maddi tərəfdən çətinlikləri mövcuddur. Həmçinin, bu sahə yeni inkişaf etməyə başlayıb. Bəzi adamlar bir həftəyə ssenari yazır. Hətta əksəriyyət işin bu cür asan olduğunu düşünür. Amma bu, bir həftəlik iş deyil”.

Fidan Ramazan

Gündəm