Stalinin adı bu bölgələrə geri qaytarılır
28.04.2020 16:47 Dünya

Stalinin adı bu bölgələrə geri qaytarılır

“MediaPost” xəbər verir ki, ildönümü münasibətilə Rusiyada 1.5 ay Rusiya ordusunun nəzarəti altında olan bəzi şəhərlərə təkrar Stalinin adının veriləcəyi elan edilib.

Cənubi Osetiya “prezidenti” Anatoli Bibliov yayımladığı qərarnamədə Cənubi Osetiyanın mərkəzi Tsxinvali şəhərinin 9 may-22 iyun tarixləri arasında Stalin dövründəki adı ilə “Stalinir” adlandırılacağını bildirib.

Ukraynanın şərqində yeləşən və 6 ildir rusiyapərəst silahlı qüvvələrin nəzarətində olan Donetsk və Luqansk şəhərlərindəki idarələr də bənzər qərar verib. Donetskdəki rəhbərlik şəhərin qələbə bayramı zamanı “Stalino” adlandırlmmasına qərar verib. Luqansk rəhbərliyi də bayram boyu şəhərin adının sovet komandiri Voroşilovun şərəfinə “Voroşilovqrad”adıandırılması ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada İosif Stalinlə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən qadınların 70%-i 1924-1953-cü illər arasında SSR-nin liderlərindən olan İosif Stalinə simpatiya bəslədikləri açıqlanıb. Sorğu iştirakçılarının 50%-i Stalinin nüfuzunun geri qaytarılması fikrini müdafiə edib.

Onu da qeyd edək ki, ölümündən üç il sonra Stalinin adının hər yerdən silinməsinə qərar verilmişdi.

Xəbərlər departamenti

Gündəm