Sudanda İsraillə əlaqələrin bərpasına etiraz edilib
05.11.2020 15:33 Dünya

Sudanda İsraillə əlaqələrin bərpasına etiraz edilib

Sudanda, keçid hökumətinin siyasi referansı Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri (ÖDBG) koalisiyasının iki böyük qrupu (Sudan İşçi Otaqları Birliyi (SPA) və Milli Konsensus Qüvvələri) hökumətin İsrail ilə normallaşma qərarı və Konstitusiya Bəyannaməsi Sazişində dəyişiklik edilməsini rədd edib.

"MediaPost" xəbər verir ki, SPA və Milli Konsensus Qüvvələri paytaxt Xartumda ölkədə baş verənlərlə bağlı iclas keçirib. İclasdan sonra verilən açıqlamada "tərəflər İsrail ilə normallaşma və bununla əlaqəli konstitusiya və hüquqi pozuntuların yanlış tətbiqetmə olduğu və keçid dövrünün vəzifələri arasında olmadığı barədə razılığa gəldilər", - deyə qeyd olunub.

Qeyd edək ki, Abdullah Hamduk hökuməti bazar ertəsi günü Konstitusiya Bəyannaməsindəki keçid dövrünün 14 ay daha uzadılacaq şəkildə dəyişdirilməsini təsdiqləmişdi.

Sudan hökuməti isə 23 oktyabrda İsrail ilə diplomatik əlaqələrin bərpa edilməsinə qərarı verildiyini, ancaq bunun baş tutmasının hələ qurulmamış Qanunvericilik Məclisinə (parlament) bağlı olduğunu bildirmişdi.

Anara Mikail

Gündəm