Sudanda yanğında 24 nəfər ölüb
03.12.2019 16:18

Sudanda yanğında 24 nəfər ölüb

APA-nın “Sky News Arabia”ya istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 24 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Yanğına qaz balonlarının partlamasının səbəb olduğu bildirilir.

Ərazi polis nəzarətinə götürülüb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm