Sükan arxasında siqaret çəkən 235 sürücü cəzalandırılıb
29.12.2019 11:13 Gündəm

Sükan arxasında siqaret çəkən 235 sürücü cəzalandırılıb

Bakı Nəqliyyat Agentliyindən "MediaPost"a verilən məlumata görə, layihənin icra edildiyi 4-cü rübün sonunda avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm