Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimə olub
21.04.2020 08:16 Cəmiyyət

Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimə olub

Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib.

Bu barədə "MediaPost"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb.

"Təcili bərpa işlərinə başlanılıb", - deyə Mətbuat katibliyi şöbəsindən bildirilib.

Xəbərlər departamenti

Gündəm