Sumqayıtda içkili sürücü yük maşınını aşırıb
11.08.2020 20:25 Gündəm Hadisə

Sumqayıtda içkili sürücü yük maşınını aşırıb

Sumqayıtda “Stansiya Sumqayıt” adlanan ərazisində yol qəzası baş verib. 

“MediaPost”un məlumatına görə, 1987-ci il təvəllüdlü  Əbilov Səxavət Məhyəddin oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını yoldan çıxaraq Samur-Abşeron kanalına aşıb.  

Sürücü Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sıxışıb qaldığı kabinədən çıxarılıb. Sürücünün içkili olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilir. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

img

Apa

Xəbərlər şöbəsi

Gündəm