Sumqayıtda məcburi köçkün faciəvi şəkildə ölüb
20.12.2019 08:08 Hadisə

Sumqayıtda məcburi köçkün faciəvi şəkildə ölüb

“Report”un xəbərinə görə, hadisə dekabrın 19-da saat 18 radələrində şəhərin Sumqayıt qəsəbəsində baş verib.

Belə ki, Qacay Fərmanov Qubadlı rayonundan olan məcburi köçkünləri elektrik enerjisi ilə təmin edən 35 kilovoltluq yüksək gərginlikli elektrik dirəyində iş görərkən onu cərəyan vuraraq öldürüb.

Hadisə ilə bağlı ilkin Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm