Sumqayıtda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
13.01.2020 11:20 Hadisə

Sumqayıtda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) "MediaPost"a verilən məlumata görə, yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm