Sumqayıtda sərnişin avtobusu qəzaya düşdü: ölən və yaralılar var - FOTOLAR
22.01.2020 06:37 Hadisə

Sumqayıtda sərnişin avtobusu qəzaya düşdü: ölən və yaralılar var - FOTOLAR

"MediaPost"un “Report”a istinadən məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm