Sumqayıtda sürücü qəza törədərək hadisə yerindən qaçdı - FOTO
10.02.2020 19:16 Hadisə

Sumqayıtda sürücü qəza törədərək hadisə yerindən qaçdı - FOTO

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil qarşıdan gələn "90-TL-672" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili gözləməyərək ön hissədən vurub.

Hadisəni törədən sürücü isə dərhal ərazidən qaçıb. Qəza nəticəsində xəsarət alan olmasa da, "Mercedes"ə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm