Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı açıqlama
16.11.2019 11:17 Gündəm

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı açıqlama

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Bu barədə Mediapost.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

Qeyd edək ki, Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.13 nəfər narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb. Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.

Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.


Xəbərlər departamenti

Gündəm