Süni düyülərin satılması ilə bağlı iddialara cavab
08.06.2023 13:35 Aqrar

Süni düyülərin satılması ilə bağlı iddialara cavab

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəmirdən düyü hazırlanması halına rast gəlməyib.

MediaPost xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib:

"Hər bir məhsul kimi düyünün də genetik daşıyıcısı var. O plastik və xəmirdən olarsa, DNK-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir".

Xəbərlər departamenti

Gündəm