Suraxanıda iki azyaşlı boğularaq ölüb - TƏFƏRRÜAT
30.11.2019 06:16 Gündəm

Suraxanıda iki azyaşlı boğularaq ölüb - TƏFƏRRÜAT

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb.

Mediapost.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi iki azyaşlı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata əsasən, azyaşlılar yolda vəfat edib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Həmçinin oxu: FHN və Baş Prokurorluq Suraxanıdakı yanğınla bağlı məlumat yayıb

Xəbərlər departamenti

Gündəm