Suraxanıda qanunsuz tikinti cəhdinin qarşısı alındı
28.04.2020 13:27 Cəmiyyət

Suraxanıda qanunsuz tikinti cəhdinin qarşısı alındı

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) rayon ərazisində yaşayan Ələkbər Əliyev adlı şəxsin RİH-dən şikayəti ilə bağlı sosial şəbəkələrdə yayılan video barədə araşdırma aparıb.

Sfera.az xəbər verir ki, Ələkbər Əliyev görüntülərdə onun obyektinin qanunsuz olaraq söküldüyünü iddia edib.

RİH-in açıqlamasında isə bildirilib ki, Ələkbər Əliyev Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında heç bir icazə sənədi olmadan vətəndaşların ümumi istifadəsində olan ərazini zəbt edib və orada özbaşına tikinti işlərinə başlayıb.

Qeyd olunub ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınıb.

Məlumatda həmçinin bildirilib ki, özünü 2-ci qrup Qarabağ müharibəsi əlili kimi təqdim edən Ələkbər Əliyev 2000-ci ildən ümumi xəstəliklər səbəbindən 2-ci qrup sosial əlil kimi RİH-də mənzil növbəsinə götürülüb.

Xəbərlər departamenti

Gündəm