Sürücülərə pis xəbər: Yeni qadağa gəlir
26.12.2019 14:14 Fikirlər

Sürücülərə pis xəbər: Yeni qadağa gəlir

Bir çox ölkələr var ki, dizellə işləyən avtomobilləri qadağan edib. Təbii ki, bu addımlar həm insan sağlamlığının, həm də ətraf mühitin qorunması üçün atılır.

Ölkəmizdə bu məsələ bir müddət əvvəl müzakirə olunsa da, yenidən gündəmə gəlib.

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Mövzu ilə bağlı "MediaPost"-a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycan dizel mühərrikli avtomobillərin sayı ildən-ilə artır: “Çünki dizel yanacağının qiyməti benzinə nisbətən bir qədər ucuzdur. Bu cür avtomobillər də daha çox alınıb-satılır. Bu da öz nəticəsini bizim sağlamlığımızın, ətraf mühitin korlanmasında göstərir. Bu səbəbdən də düşünürüəm ki, gələcəkdə bu istiqamətdə ciddi addımlar

Sürücülərə pis xəbər: Yeni qadağa gəliratılmalıdır. Ekoloqlar da artıq həyəcan təbili çalır. Tezliklə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə imkan yaratmaq lazımdır. Bunun üçün ciddi güzəştlər edilməlidir. Bu hibrit və elektromobillərdə özünü göstərə bilər, eyni zamanda ili təzə olan ənənəvi avtomobillər də bu siyahıya daxil edilə bilər. Ancaq mütləq dövlət tərəfindən istər gömrük, istər vergi sahəsində həmin avtomobillərin gətirilməsi ilə bağlı güzəştlər olunmalıdır. Yəni sürücülər, avtomobil alanlar güzəşt olunduğunu hiss etməlidirlər. Onlarda nəticə etibarilə köhnə avtomobillərini satıb yeniləri ilə əvəz edə bilərlər. Ümumilikdə onu deyə bilərəm ki, Azərbaycanda dizel avtomobilləri saz vəziyyətdə deyil. Dizelin keyfiyyəti, həmin avtomobillərin uzun müddət əvvəl istehsal olunması, digər məsələlər mənfi cəhətdən özünü qabarıq göstərir”.

Ekspert Avropa ölkələrinin imtina etdiyi dizel mühərikili atomobilləri Azərbaycan və digər ölkələrə ucuz qiymətə satdığını qeyd edib:

“Almaniya və digər Avropa ölkələrində artıq bu qayda tətbiq olunur. Onlar dizel avtomobillərini öz ölkələrindən çıxarırlar, Azərbaycan və başqa ölkələrə ucuz qiymətə satırlar. Avropa ölkələri yaxşı bilir ki, insan sağlamlığı daha önəmlidir. Təsəvvür edin, biz ucuzdur deyə o avtomobilləri ölkəmizə gətiririk. Lakin onun bizə vurduğu zərər bundan daha artıq olur. İri və ya kiçik tutumlu avtomobil olsun, amma ekoloji təmiz yanacaqla işləsin. Daha çox elektriklə, hibrit mühərriklə, qaz mühərrik ilə işləyən avtomobillərə üstünlük verilməlidir”.

Elməddin Muradlı onu da əlavə edib ki, qadağa tətbiq olunmamışdan öncə insanlar arasında maarifləndirmə işi aparılmalıdır:

“İnsanlar onun zərərini tam dərk edib könüllü şəkildə imtina etsinlər. Mənə elə gəlir ki, insanlarımızı bu sahədə maarifləndirsək, insanlara imkan yarada bilsək ki, onları satıb başqa mühərrikli avtomobil alsın, onlar bunu məmnuniyyətlə qəbul edəcək. O zaman ətraf mühit, hava, suyumuz təmizlənəcək. Məncə, qadağa cərimələmək yolu ilə yox, təbliğat vasitəsilə tətbiq olunmalıdır. İnsanlar könüllü şəkildə buna can atacaq. Çünki əgər söhbət sağlamlıqdan gedirsə, insanlar bunu edəcək, lakin onlar həyatlarında güzəşti də görməlidir. Bu barədə “Yol Hərəkəti Dövlət Təhlükəsizliyi”nə dair dövlət proqramı da var, bunuüzərindən bir il keçsə də, bu istiqamətdə yalnız sözlər mövcuddur. Ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin Ekologiya Nazirliyi önəmli sayır, Dövlət Gömrük Komitəsi isə güzəşt təbiq etmir”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm