Şuşa qələbəsi Ankarada izdihama səbəb oldu
09.11.2020 01:05 Qarabağ Azərbaycandır

Şuşa qələbəsi Ankarada izdihama səbəb oldu

Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyə paytaxtı Ankara şəhərində böyük coşqu ilə qarşılanıb.

"MediaPost" xəbər verir ki, dövlətimiz və xalqımızla sevincini bölüşmək istəyən insanlar Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.

Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.

Aksiya “Azaflı” Sosial Yardım və Kültür Dərnəyi tərəfindən təşkil olunub.

Xəbərlər şöbəsi

Gündəm