Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçəcək
06.06.2023 20:31 Maliyyə

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçəcək

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi 2021-2022-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

MediaPost xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 25-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 10-u, saat 16:00-a qədər idarənin Şuşa şəhərində yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə iyulun 11-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xəbərlər departamenti

Gündəm