Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayı açıqlanıb
08.11.2020 14:49 Mədəniyyət

Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayı açıqlanıb

“Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”.

"MediaPost"un məlumatına görə, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "Twitter" hesabında qeyd edib.

A.Kərimov paylaşımında Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını açıqlayıb.

Bunlar aşağıdakılardır:

210 tarix-mədəniyyət abidəsi

20 mədəniyyət evi

19 kitabxana

8 musiqi məktəbi

7 muzey

1 qalereya

1 teatr.

Xəbərlər şöbəsi

Gündəm